📝 İş barədə məlumat
Soyuq Mətbəx üzrə Aşbaz Köməkçisi tələb olunur-Sumqayıt
☕️🥗 Belgian Chocolate & Coffee komandası genişlənir!
“Belgian Chocolate & Coffee” ailəsinə Soyuq Mətbəx üzrə Aşbaz Köməkçisi axtarılır.
Əgər mətbəx sahəsinə marağınız varsa, komanda ilə işləməyi sevirsinizsə və inkişaf etmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
📌 Vəzifə öhdəlikləri:
* Salat, sendviç və digər soyuq mətbəx məhsullarının hazırlanmasına dəstək olmaq
* Məhsulların düzgün saxlanılmasına və təmizliyə nəzarət etmək
* Mətbəxdə gündəlik hazırlıq prosesində iştirak etmək
* Gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək
📌 Tələblər:
* Məsuliyyətli və çevik olmaq
* Komandada işləmək bacarığı
* Mətbəx sahəsində təcrübə üstünlükdür
* Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
🎯 Təklif edirik:
* Stabil iş mühiti
* Karyera inkişaf imkanı
* Növbəli iş qrafiki
* Mehriban və dinamik komanda
* Əmək haqqı müsahibə əsasında müəyyən edilir
İş yeri: Sumqayıt şəhəri
📩 Müraciət üçün:
Müraciətinizi hr@belart.az email adresinə göndərə bilərsiniz.