🚨 Təcili İş Axtarıram — CV-ni indi paylaş
Ibrahim

Ibrahim

Baş Aşpaz (Şef)
Bakı · 13 il təcrübə

Haqqında

Restoran və ictimai iaşə sektorunda 13 illik peşəkar təcrübəyə, mətbəx idarəçiliyi, komanda rəhbərliyi və əməliyyat proseslərinin təşkili üzrə praktiki biliklərə malikəm.
Əsas güclü tərəfim mətbəxdə sistemli idarəetmə mexanizminin qurulmasıdır. İşçi heyətinin peşəkar inkişafı, istehsalat proseslərinin optimallaşdırılması, məhsul sərfiyyatına nəzarət, maya dəyərinin idarə edilməsi (Food Cost), texnoloji kartların hazırlanması və standartlaşdırılmış iş sisteminin tətbiqi üzrə bacarıqlara sahibəm.
Menyu konsepsiyasının hazırlanması, yeni restoranların fəaliyyətə başlaması, mətbəx bölmələri arasında koordinasiyanın təmin edilməsi və operativ qərarların qəbul edilməsi sahələrində təcrübəliyəm.
İdarəetmə prinsipim: güclü komanda, dəqiq iş bölgüsü, maliyyə intizamı, sabit keyfiyyət və yüksək xidmət standartları əsasında nəticəyönümlü mətbəx sistemi formalaşdırmaqdır.

13 il təcrübə
Bakı