15 ildən artıq peşəkar aşpazlıq təcrübəm var. Müxtəlif restoran və otellərdə isti yeməklər və qril bölmələrində çalışmışam. Azərbaycan, İtaliya, Avropa, Asiya və Meksika mətbəxləri üzrə geniş bilik və təcrübəyə sahibəm. Güclü komanda işi bacarıqlarımla yanaşı, müştəri məmnuniyyətinin təmin edilməsinə xüsusi diqqət yetirirəm. Yeni şeylər öyrənməyə hər zaman açığam və kulinariya sahəsində inkişaf etməyə çalışıram.