📝 İş barədə məlumat
📢 AŞPAZ TƏLƏB OLUNUR! 👨🍳
🏭 İstehsalat müəssisəsi komandasına məsuliyyətli və təcrübəli Aşpaz axtarılır.
📍 İş yeri: Dərnəgül, Titanik Otelinin yanı
🕒 İş qrafiki: 6 günlük iş rejimi 08:00 – 17:00
💰 Əməkhaqqı: 600 AZN
👨🍳 Vəzifə öhdəlikləri:
• 30–40 nəfərlik işçi heyəti üçün gündəlik nahar yeməklərinin (isti yeməklər, şorbalar və salatlar) hazırlanması
• Gündəlik menyunun planlaşdırılması və ərzaq tələbatının vaxtında bildirilməsi
• Mətbəxin, avadanlıqların və qab-qacaqların təmiz və səliqəli saxlanılması
• Sanitariya və gigiyena qaydalarına ciddi əməl olunması
• Ərzaqların düzgün saxlanılmasına və səmərəli istifadəsinə nəzarət
📋 Namizədə tələblər:
✅ Kütləvi yemək hazırlanması sahəsində minimum 1–3 il iş təcrübəsi
(iaşə obyektləri, zavod və ya fabrik mətbəxində təcrübə üstünlükdür)
✅ Azərbaycan mətbəxini yaxşı bilmək
✅ Təmizkar, məsuliyyətli, intizamlı və punktual olmaq
📩 Uyğun namizədlər vakansiyaya müraciət edə bilərlər.