🚨 Təcili İş Axtarıram — CV-ni indi paylaş
Bütün elanlara qayıt

Baş aşpaz - Gabala Hospitality Group

N1 Qurup · Bakı
5 saat əvvəl yerləşdirilib 130 baxış
Maaş 1 ₼
Baş Aşpaz (Şef) Tam ştat
Gabala Hospitality Group
10+ il təcrübə

📝 Vəzifə haqqında

~1 dəq oxu

Qafqaz Riverside Hotel & Qafqaz Tufandag Hotel

  • Gabala Hospitality Group (GHG) olaraq Qəbələ regionunda fəaliyyət göstərən Qafqaz Riverside Hotel və
  • Qafqaz Tufandag Hotel üçün peşəkar təcrübəyə, güclü liderlik bacarıqlarına və müasir kulinariya yanaşmasına malik Klaster baş aşpaz axtarışındayıq.
  • Klaster baş aşpaz GHG-nin kulinariya strukturunun tərkibində fəaliyyət göstərərək Korporativ baş aşpaza funksional olaraq tabe olacaq və onunla sıx əməkdaşlıq edəcəkdir.
  • Vəzifənin əsas məqsədi hər iki hotel üzrə mövcud yüksək kulinariya və əməliyyat standartlarının davamlılığını təmin etmək, onların daha da inkişaf etdirilməsinə rəhbərlik etmək və GHG-nin ümumi kulinariya strategiyasının hotel səviyyəsində effektiv şəkildə həyata keçirilməsini təmin etməkdir.
  • Klaster baş aşpaz öz fəaliyyət istiqaməti üzrə Korporativ baş aşpaz ilə mütəmadi məsləhətləşmələr aparacaq, ümumi kulinariya strategiyasının hazırlanmasına töhfə verəcək və razılaşdırılmış strategiyanın Qafqaz Riverside və Qafqaz Tufandag hotellərində effektiv icrasına rəhbərlik edəcəkdir.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər ( reservations@ghg.az )

✅ Tələblər

  • Beynəlxalq və ya yüksək səviyyəli hotel, resort və ya restoran mühitində Baş aşpaz, Klaster baş aşpaz və ya analoji rəhbər vəzifədə müvafiq iş təcrübəsi;
  • Bir və ya bir neçə mətbəx əməliyyatının və böyük kulinariya komandalarının idarə olunması üzrə praktiki təcrübə;
  • İki və ya daha çox hotel, restoran və ya F&B obyektinin paralel idarə olunması təcrübəsi üstünlükdür;
  • Yüksək səviyyəli hotel və restoran mətbəxlərində mövcud keyfiyyət və xidmət standartlarının qorunması və inkişaf etdirilməsi üzrə təcrübə;
  • Menyu planlaşdırılması, resept standartlaşdırılması və məhsul inkişafı üzrə güclü praktiki biliklər;
  • Food Cost, büdcələşdirmə və mətbəx əməliyyatlarının maliyyə göstəricilərinin idarə olunması üzrə anlayış;
  • HACCP, qida təhlükəsizliyi və gigiyena standartları üzrə yaxşı bilik;
  • Komanda idarəetməsi, əməkdaşların inkişafı və performansın idarə olunması üzrə güclü liderlik bacarıqları;
  • Müasir kulinariya trendlərini və beynəlxalq qonaqpərvərlik təcrübələrini izləmək və onları mövcud əməliyyatlara uyğunlaşdırmaq bacarığı;
  • Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları;
  • Strateji düşüncə və eyni zamanda operativ məsələlərə effektiv müdaxilə etmək bacarığı;
  • Fərqli səviyyələrdə olan komandalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
  • Korporativ rəhbərliklə əməkdaşlıq şəraitində qərarların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
  • İngilis dilində yaxşı ünsiyyət bacarığı;
  • Azərbaycan və/və ya digər xarici dillərin bilinməsi üstünlükdür

📣 Kanallarımızı izləyin

Ən yeni iş elanlarından ilk siz xəbərdar olun.

🎉 Aşpaz.az-da iş tapanlar

Bu platforma vasitəsilə artıq bir çox insan işə düzəlib.

N Nərmin Vəliyeva Ofisiant
A Aysu sevincli Şirniyyatçı
G Günel Əliyeva Barista
E Elvin Məmmədov Pizza Ustası
N Nurlana Səfərova Soyuq Bolum
R Roya Semedova Şirniyyatçı

📨 Bu elana müraciət et

Müraciət etmək və CV yükləmək üçün zəhmət olmasa daxil olun.

Daxil olun

📄 CV göndər

CV-nizi bu elana göndərmək üçün daxil olun.

Daxil olun

🏢 İşəgötürən

N1 Qurup
Bakı
Mesaj üçün daxil olun 🤝 Dostluq üçün daxil olun
🚩 Bu elanı şikayət et
Maaş 1 ₼ Müraciət et