BREND AŞPAZ (Korporativ Qidalanma üzrə) tələb olunur
Vakansiya · Bakı
2 saat əvvəl yerləşdirilib 69 baxış
Maaş1 ₼
Baş Aşpaz (Şef)Tam ştat
Azerbaycan / Baki
0+ il təcrübə
📝 Vəzifə haqqında
~1 dəq oxu
BREND AŞPAZ (Korporativ Qidalanma üzrə) tələb olunur
İşəgötürən: SEAPORT CATERING
Struktur bölmə: Texnologiya şöbəsi
Birbaşa rəhbər: Baş texnoloq
İş yeri: Bakı, Azərbaycan
İş formatı: Əsasən ofis şəraitində iş, sonrakı mərhələlərdə istehsalat obyektlərində standartların tətbiqi və nəzarət proseslərində iştirak.
Vəzifənin əsas məqsədi:
Seaport Catering şirkətində korporativ qidalanma üzrə menyuların və resepturaların hazırlanması,
Sistemləşdirilməsi və standartlaşdırılması, yeməklərin normativ maya dəyərinin (Food Cost) idarə olunması, vahid kulinariya standartlarının yaradılması və mövcud çeşidlərin davamlı təkmilləşdirilməsi
Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “BREND AŞPAZ (Korporativ Qidalanma üzrə)” qeyd etməklə Cv@seaport-catering.az elektron poçt ünvanına göndərə bilərlər
✅ Tələblər
Menyuların hazırlanması və idarə edilməsi
14, 21 və 28 günlük dövri menyuların hazırlanması və mütəmadi yenilənməsi.
Müxtəlif qiymət kateqoriyalarına uyğun korporativ qidalanma menyularının formalaşdırılması.
Menyularda çeşidliliyin, balanslaşdırılmış qidalanmanın və mövsümiliyin təmin edilməsi.
Kütləvi korporativ qidalanmanın xüsusiyyətlərinə uyğun yeni yeməklərin hazırlanması.
Mövcud menyuların təhlili və səmərəsiz yemək çeşidlərinin müəyyən edilməsi.
Yeni korporativ müqavilələr və tenderlər üçün menyuların hazırlanmasında iştirak.