📝 İş barədə məlumat
Şirniyyat istehsalı prosesinin gündəlik idarə olunmasını təmin etmək;
10–12 nəfərlik komandanın işini planlaşdırmaq və nəzarətdə saxlamaq;
Məhsulların keyfiyyət standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
Sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi standartlarına əməl olunmasını təmin etmək;
Demi Chef Pastry ilə koordinasiyalı şəkildə istehsal prosesini idarə etmək;
Məhsuldarlığın və iş keyfiyyətinin artırılması istiqamətində təşəbbüslər göstərmək.
🏢 Şirkət haqqında
Təzə bişirilmiş çörəklər, bagetlər, çiabatta, çovdar çörəyi və müxtəlif dənli çörəklər təqdim edir.
Şirniyyatlar, peçenyelər, kruassanlar və digər un məmulatları da satılır.
Məhsullarını həm mağazalarında, həm də çatdırılma platformaları vasitəsilə sifariş etmək mümkündür