🧺 Tərkibi
Hazır olan ərzaqları işarələyin.
İlıq südün içərisinə maya və 1 x.q. şəkər əlavə edib 10 dəqiqə gözlədin.
Yumurta, qalan şəkər, əridilmiş kərə yağı və vanili əlavə edib qarışdırın.
Unu və duzu tədricən əlavə edərək yumşaq xəmir yoğurun.
Xəmiri örtüb isti yerdə 1 saat mayalanmağa qoyun.
Mayalanmış xəmirdən kiçik kündələr hazırlayın və soba listinə düzün.
Üzərini örtüb 20 dəqiqə də gözlədin.
Üzərinə yumurta sarısı çəkin.
Əvvəlcədən 180°C-də qızdırılmış sobada 20–25 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra üzərinə az miqdarda kərə yağı çəkə bilərsiniz