📝 İş barədə məlumat
Azərbaycan milli mətbəxi üzrə təcrübəli xanım aşpaz tələb olunur
İş barədə məlumat
Azərbaycan milli mətbəxi üzrə təcrübəli xanım aşpaz axtarılır. Namizəd milli yeməklərin hazırlanması sahəsində peşəkar biliyə malik olmalı, resept və keyfiyyət standartlarına uyğun işləməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri
-
Menyu üzrə Azərbaycan milli mətbəxinə aid yeməklərin vaxtında və yüksək keyfiyyətlə hazırlanması.
-
Yeməklərin resept, dad, porsiya və təqdimat standartlarına uyğun hazırlanmasının təmin edilməsi.
-
Mətbəxdə sanitar-gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunması.
-
Məhsulların səmərəli istifadəsinin təmin edilməsi və israfın minimuma endirilməsi.
-
Mətbəx avadanlıqlarından düzgün istifadə olunması və onların saz vəziyyətdə saxlanılması.
-
Növbə sonunda iş sahəsinin və avadanlıqların tam təmizlənməsi.
-
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
-
Azərbaycan milli mətbəxi üzrə minimum 3–8 il iş təcrübəsi.
-
Qazan yeməkləri, plov növləri, xəmir yeməkləri, qızartmalar, şorbalar, sac yeməkləri və digər milli təamların hazırlanmasını mükəmməl bilmək.
-
Ənənəvi reseptlərə və restoran standartlarına uyğun işləmək bacarığı.
-
Yeməklərin dad sabitliyini, porsiya ölçülərini və təqdimat keyfiyyətini qorumaq.
-
Sanitar-gigiyena normaları və HACCP qida təhlükəsizliyi prinsipləri üzrə bilik.
-
Məhsulların qəbuluna, saxlanmasına və istifadə müddətlərinə nəzarət etmək bacarığı.
-
Peşəkar mətbəx avadanlıqları ilə sərbəst işləmək bacarığı.
-
Məsuliyyətli, intizamlı, çevik və gərgin iş rejimində işləmək bacarığı.
İş şəraiti
-
İş qrafiki: Gündüz növbəsi.
-
Əmək haqqı namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
-
Mövsümi işlər başladıqda əmək haqqına əlavə artım tətbiq olunur.
-
Rəsmi əmək müqaviləsi bağlanılır.
-
Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı təqdim edilir.
Qeyd: Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərin müraciət etmələri xahiş olunur.