📝 İş barədə məlumat
Restorana peşəkar aşpaz tələb olunur. Yeməklərin hazırlanması, mətbəx avadanlıqlarının düzgün istifadəsi və təmizlik qaydalarına riayət olunması əsas vəzifələrdəndir.
Premium Kofe Shop Şəbəkəsinə Baş Aşbaz / Sous Chef Tələb Olunur
Bakıda fəaliyyət göstərən premium kofe shop şəbəkəsi komandasını gücləndirmək məqsədilə Baş Aşbaz (Head Chef) və ya Sous Chef vəzifəsi üzrə peşəkar namizəd axtarır.
İş yeri
📍 Bakı şəhəri
Vəzifə öhdəlikləri
- Mətbəxin gündəlik fəaliyyətini effektiv şəkildə idarə etmək;
- Menyunun hazırlanması və mövsümi yenilənməsində iştirak etmək;
- Yeməklərin reseptlərə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
- Mətbəx heyətinin iş bölgüsünü təşkil etmək və fəaliyyətini koordinasiya etmək;
- Xammal və məhsul ehtiyatlarına nəzarət etmək, sifarişlərin planlaşdırılmasında iştirak etmək;
- Məhsul itkisinin minimuma endirilməsi və food cost göstəricilərinin idarə olunmasını təmin etmək;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
- Yeni məhsulların hazırlanması və menyuya əlavə olunması ilə bağlı təkliflər vermək;
- Digər şöbələrlə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.
Namizədə tələblər
- Baş Aşbaz və ya Sous Chef vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Restoran və ya premium kafe sektorunda iş təcrübəsi;
- Müasir mətbəx, brunch, breakfast və cafe menyuları üzrə bilik;
- Qida təhlükəsizliyi və sanitariya standartlarını bilmək;
- Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
- Food cost, porsiya nəzarəti və inventar idarəetməsi üzrə bilik;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma.
Şirkət təklif edir
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Müasir və dinamik iş mühiti;
- Mehriban və peşəkar komanda.
Müraciət qaydası
CV-nizi alexanderbaku.1096@gmail.com elektron poçt ünvanına göndərə bilərsiniz.