📝 İş barədə məlumat
👩🍳 Yeni açılacaq restorana aşbaz xanımlar tələb olunur
Yeni fəaliyyətə başlayacaq restoranımıza peşəkar, məsuliyyətli və işini sevən Aşpaz xanımlar dəvət olunur.
İş barədə məlumat:
- Milli və Avropa mətbəxinə aid yeməklərin hazırlanması;
- Yeməklərin resept və standartlara uyğun şəkildə hazırlanmasını təmin etmək;
- Mətbəxdə məhsulların düzgün saxlanılmasına nəzarət etmək;
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək;
- Mətbəx komandasının digər üzvləri ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
✅ Aşbaz vəzifəsi üzrə iş təcrübəsi;
✅ Milli və ya Avropa mətbəxi üzrə bilik və bacarıqlar;
✅ Məsuliyyətli, səliqəli və operativ olmaq;
✅ Komandada işləmək bacarığı;
✅ İşə ciddi və peşəkar yanaşma.
İş şəraiti:
💰 Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
⏰ İş qrafiki növbəli şəkildə təşkil olunacaq;
🍽️ Qidalanma şirkət tərəfindən təmin ediləcək;
📄 Əmək qanunvericiliyinə uyğun rəsmi qeydiyyat aparılacaq;
📈 Karyera inkişafı və peşəkar yüksəliş imkanı təqdim olunur.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Aşbaz" başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.