📝 İş barədə məlumat
- Milli, Avropa, Asiya və digər mətbəxlər üzrə peşəkar bilik və təcrübəyə malik Su-şef tələb olunur;
- Mətbəxin iş prosesinin təşkilinə və komandanın idarə olunmasına dəstək göstərmək;
- Yeməklərin keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
✅ Su-şef və ya oxşar vəzifə üzrə minimum 10 il rəsmi iş stajı;
✅ Milli, Avropa, Asiya və digər mətbəxlər üzrə peşəkar bilik və təcrübə;
✅ Yaş həddi: 35–50 yaş;
✅ Liderlik, komanda idarəetməsi və təşkilatçılıq bacarıqları.
İş şəraiti:
💰 Əmək haqqı: 1800–2000 AZN;
🍽️ Şirkət tərəfindən naharla təmin olunma;
🚌 Servis xidməti mövcuddur;
⏰ Dəyişən iş qrafiki;
📅 Həftədə 1 gün istirahət;
📈 Karyera inkişafı imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini "Su-şef" başlığı ilə hr@cbh.az elektron poçt ünvanına göndərə bilərlər.
İş yeri:
📍 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 5.